AZ

Yeqor Krid Belqorodda verəcəyi konsertdən DANIŞDI: “Bu olmasa çıxış etməyəcəyəm”

Ötən gecə məşhur rusiyalı müğənni Yeqor Krid xeyriyyə aksiyası keçirib.  

Bizim.Media xəbər verir ki, canlı yayım zamanı Yeqor “Crocus City Hall”da baş verən dəhşətli terror aktının qurbanlarına və Belqorod sakinlərinə kömək etmək üçün 7 milyon toplaya bilib.

Yeqorun özü 6,7 milyon rubl (təxminən 124 min manat) bağışlayıb və bu yaymı izləyənlər daha 255 min rubl (təxminən 4717 manat) köçürüblər. 
Daha sonra müğənni vəsaiti necə bölüşdürdüyü barədə məlumat verib. O, terror aktı zamanı həlak olanların və yaralananların ailələrinə yardım üçün fonda 1 milyon rubl (təxminən 18500 manat), Belqorod sakinlərinə kömək üçün daha 5 milyon rubl (təxminən 92500 manat) göndərib.  

Daha əvvəl isə Krid “Crocus”da həlak olanların ailələrinə və qurbanlarına bir milyon rubl (təxminən 18500 manat) köçürüb. Ulduz, bunu edən ilk məşhurlardan biri olub. 

“Əlbəttə, biz çox narahatıq. Hələlik biz o şəhərlərdə konsertlərin təxirə salınmasını təsdiq etməmişik ki, girişdə çoxlu polis, silahlı mühafizəçilər, əlavə yoxlamalar olacaq. Çox sayda insanın olduğu bütün bu tədbirlərdə, yəqin ki, ən vacib şey təhlükəsizlikdir. Hər bir şəhərdə qarşıdan gələn bütün konsertlərdə ən ciddi təhlükəsizliyi təmin etmək üçün hər şeyi edəcəyik. Mən özüm orada hər şeyin yaxşı olduğuna əmin olmayınca, konsertləri təsdiqləməyəcəyəm”, - deyə Krid bildirib. 

Rəşad Əliyev, Bizim.Media
 

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla