AZ

Hikmət Hacıyev Rasmussenə hansı bədnam əməllərini xatırladır?

Moskva vilayətindəki “Crocus Siti Holl”da terror aktını törədənlər İŞİD terror təşkilatının Əfqanıstan qanadına aid olan və Tacikistanda auditoriya üçün işləyən “Xorasanın səsi” Telegram kanalı vasitəsilə işə cəlb ediliblər. ,

Musavat.com Publika.az-a istinadən xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan mənbəyə istinadən “RİA Novosti” məlumat yayıb.

“Biz konkret şəxslə bağlı materialları nəzərdən keçirdik. Həmkarlarımızdan arayış var ki, o, terror aktları törətmək üçün insanların cəlb olunduğu Telegram kanalında olub. Bundan başqa, əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilib ki, həmin Telegram kanalı “Crocus City Hall”da terror aktını törədən şəxsləri işə cəlb edib... Bu, “Sadoi Xuroson” (“Xorasanın səsi”) Telegram kanalıdır”, - mənbə bildirib.

Hazırda Əfqanıstandan “Vilayət Xorasan” terrorçularının nəzarətində olan, qadağan olunmuş İD-in Tacikistan qanadına məxsus müvafiq Telegram kanalı silinib. Bunun baş vermə səbəbi mənbəyə məlum deyil. Agentliyin müxbirləri əmin olublar ki, bu kanal nə Rusiyada, nə də Tacikistanda açılmır.

Seçilən
55
Mənbələr
Şərh ()
Bağla