AZ

Rusiyada Çin avtomobillərinin satışı 5 dəfə artdı – Belə getsə, yerli istehsal məhv olacaq

Çin avtomobil sənayesi Rusiya bazarını kütləvi şəkildə zəbt edib. Yerli brendlər isə satışda əhəmiyyətli dərəcədə azalıb.

KONKRET.az xəbər verir ki, iki il ərzində Rusiyada Çin brendlərinin sayı 5 dəfə artıb. “Pro Trade In & Autobusiness” telegram kanalının məlumatına görə, əgər 2022-ci ildə Rusiya bazarında rəsmi olaraq Çinin 11 avtomobil markası var idisə, bu ilin əvvəlində onların sayı təxminən 60-a çatıb – beş dəfədən çox. Bu gün Rusiyada 53 Çin və 7 Rusiya şirkətinin avtomobilləri satılır.

Rusiya Avtomobil Dilerləri Assosiasiyasının məlumatına görə, 2022-ci ildə Rusiyada 124,6 min Çin avtomobili satılıb. Keçən il bu rəqəm artıq 548,6 min model idi. Beləliklə, Çindən gələn avtomobillərin daxili bazarda payı 56 faizə çatıb. Müqayisə üçün: Rusiya istehsalçıları 2023-cü ildə 434,6 min avtomobil satmağı bacarıblar.

Ruslar alman avtomobillərindən Çin “premium” avtomobillərinə keçirlər. Çin şirkətləri Rusiyada həm büdcəli, həm də premium avtomobillər satır.

Ariz Həsənoğlu,

KONKRET.az

Seçilən
78
50
Mənbələr
Şərh ()
Bağla