AZ

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Əli Qurban oğlu Qurbanov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft” İstehsalat Birliyinin yeni baş direktoru təyin edilib. Bu barədə  SOCAR-dan məlumat verilib.

Bildirilib ki, o, bu vəzifədə Şahmar Hüseynovu əvəz edib. Hüseynov 2019-cu ilin dekabr ayından Birliyə rəhbərlik edirdi.

Əli Qurbanov bundan əvvəl "Umid-Babək Əməliyyat Şirkəti”nin Azərbaycandakı filialının direktoru vəzifəsində çalışıb.

www.anews.az
Seçilən
24
23
Mənbələr
Şərh ()
Bağla