AZ

Səbinə Əliyeva Xankəndində erməniəsilli vətəndaşlarla görüşüb

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva Xankəndində yaşayan erməniəsilli vətəndaşlarla görüşüb. Bu barədə Ombudsman Aparatından bildirilib. 
 
"Ombudsman Səbinə Əliyeva Xankəndi şəhərində erməniəsilli sakinlərlə görüşüb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həssas əhali qrupları üçün yaradılmış sığınacaqda olub. Əliyeva müəssisədə, eləcə də müəssisədən kənarda yaşayan və xidmətlərdən faydalanan erməniəsilli sakinlərin hüquq və azadlıqlarının təmini vəziyyəti ilə maraqlanıb, Ombudsmanın səlahiyyətləri barədə ətraflı məlumat verib. Eləcə də psixoloq və sosial işçilər tərəfindən sakinlərə göstərilən sosial xidmətlər, qida təminatı monitorinq olunub. Qəbul edilmiş şəxslərin müraciətləri dinlənilib və onlar göstərilən münasibətdən, yaradılmış şəraitdən razılıq ediblər", - açıqlamada deyilir. 

www.anews.az
Seçilən
6
26
Mənbələr
Şərh ()
Bağla