AZ

COP29-da tullantıların azaldılması üzrə öhdəliklərə dair cəsarətli qərarlar qəbul edilməlidir - İcraçı katib

Bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək COP29 konfransında tullantıların azaldılması üzrə öhdəliklərə dair cəsarətli qərarlar qəbul edilməlidir.

Trend Beynəlxalq Qaz İttifaqına (IGU) istinadən xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil deyib.

Stil COP29-un iqlim maliyyələşdirməsinin əhəmiyyətli dərəcədə genişləndirilməsinə yönəlmiş "imkanlar konfransı" olacağını qeyd edib.

"Maliyyə iqlim dəyişmələri ilə qlobal mübarizədə həlledici amildir. Bütün bunların ucuz başa gələcəyini, yaxud istehlakçı və sənayenin məqsədlərə nail olmaq üçün bütün xərcləri öz üzərinə götürəcəyini ehtimal edərək, məqsədləri bəyan etmək asandır", - deyə o qeyd edib.

Atlantika Şuranın (Atlantic Council) Qlobal Enerji Mərkəzinin ştatdankənar böyük elmi işçisi Çarlz Ellinas IGU-da dərc olunan təhlilində bildirib ki, COP-un, xüsusən COP28-in məqsədlərinin əldə olunması real tədbirlər vasitəsilə həyata keçirilməsə, böyük əhəmiyyət kəsb etməyəcək.

"Bunun yolu onların icrası üçün lazımi maliyyə və mexanizmlərin səviyyəsinin müəyyən edilməsidir.

Enerji keçidi, iqlimə adaptasiya, eləcə də, təbii fəlakətlər zamanı yardım göstərilməsi bütünlükdə böyük maliyyələşdirmə və investisiya tələb edir və ambisiyaları hərəkətə çevirmək üçün hər il trilyonlarla dollarlar köçürülür. Reallaşdırma və maliyyələşdirmə COP29-un əsas hədəfləri olmalıdır", - deyə o əlavə edib.

Daha sonra ekspert qeyd edib ki, çoxtərəfli inkişaf bankları və özəl sektor hər il iqlim dəyişmələri ilə mübarizənin maliyyələşdirilməsi üçün kollektiv şəkildə 2,4 trilyon ABŞ dolları cəlb etməlidir.

Lakin buna nail olmaq üçün, inkişaf etməkdə olan ölkələrə borc maliyyə vəsaiti deyil, daha çox güzəştli maliyyə vəsaiti və qrant ayrılmasını təmin etmək üçün çoxtərəfəli inkişaf banklarını reformasiya etmək lazımdır. Özəl sektorun iştirakı dövlət kapital bazarlarına çıxış imkanının əldə edilməsini və dayanıqlı layihələr üçün dövlət vəsaitlərindənn istifadə imkanlarını tələb edir. Azərbaycanın COP29-a baxışı texnologiyaların ötürülməsi, su resurslarının idarə olunması və sülhün təmin olunmasına fokuslanıb. Bu, həmçinin, COP28-də əldə olunan uğurun "COP çətiri altında qazıntı yanacağının ixracçılarına" malik olmağın məntiqli olduğundan xəbər verdiyinə dair siqnaldır.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. gər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.


Seçilən
55
3
Mənbələr
Şərh ()
Bağla