AZ

Türkiye növbəti dəfə Qəzzaya humanitar yardım göndərəcək

Türkiyenin Qəzza uçun hazırladığı humanitar yardımı daşıyan 8-ci gəmisi  Mersin limanından yola düşəcək.
Türkiyenin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD) verdiyi açıqlamaya görə, Türkiye İsrailin hücumlarının hədəfi olan Qəzza zolağında mülki şəxslərə humanitar yardım çatdırmağa davam edir.
Vəqflər Müdirliyi ilə əməkdaşlıq çərçivəsində hazırlanan 8-ci humanitar yardım gəmisi yerli vaxtla saat 13.00-da Mersin Limanından yola düşəcək.
Yardım gəmisi ilə Qəzza zolağındakı Fələstin xalqına 2  960 ton ağırlığında 125 min ərzaq bağlaması göndəriləcək.
Türkiye İsrailin hücumlarının başladığı 7 oktyabrdan bəri 13 təyyarə və 7 gəmi ilə Qəzzaya humanitar yardım göndərib.



Seçilən
58
1
Mənbələr
Şərh ()
Bağla