AZ

Əhməd Başar Şən Almaniya rəsmiləri ilə görüşdü

Türkiyenin Almaniyadakı səfiri Əhməd Başar Şən separatçı terror təşkilatı PKK tərəfdarlarının Honnover Baş Konsulluğuna hücumu ilə əlaqədar almaniyalı tərəfmüqabilləri ilə görüşüb və Türkiyenin tələblərini çatdırıb.
Səfir Əhməd Başar Şən görüş zamanı vurğulayıb ki, separatçı terror təşkilatının təbliğat və öz sıralarına cəlb etmə fəaliyyətləri ilə qəti şəkildə mübarizə aparılmalıdır.

Son günlər separatçı terror təşkilatı tərəfdarları tərəfindən həyata keçirilən zorakılıq hərəkətlərindən narahatlığını ifadə edən səfir Şən Türkiyenin separatçı terror təşkilatının hədəfində ola biləcək diplomatik nümayəndəlik, təşkilat və iş yerlərinin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb.
Ötən gün axşam saatlarında separatçı terror təşkilatının tərəfdarları  Türkiyenin Honnoverdəki Baş Konsulluğuna hücum edərək binanın şüşələrini sərt əşyalarla sındırmağa cəhd edib.



Seçilən
27
Mənbələr
Şərh ()
Bağla