AZ

Türkiyədən Almaniyaya tələb: “Tədbir görün”

Türkiyənin Berlindəki səfiri Ahmet Başar Şen Almaniya Xarici İşlər Nazirliyinə gedərək rəsmi Ankaranın tələblərini çatdırıb.

Herbiand.az xəbər verir ki, səfir Berlini terrorçulara qarşı tədbirlər görməyə çağırıb.

Şen vurğulayıb ki, terror təşkilatının təbliğatı, işə cəlb edilməsi və maliyyə qaynaqları ilə bağlı qətiyyətlə mübarizə aparılmalıdır.

Diplomat son günlər terror təşkilatı tərəfdarları tərəfindən həyata keçirilən zorakılıq aktlarından narahatlığını bildirərək, Türkiyənin terrorçular tərəfindən hədəfə alına biləcək diplomatik nümayəndəlikləri, qurumları və iş yerlərində təhlükəsizlik tədbirlərinin artırılmasını tələb edib.

Bundan əvvəl PKK terrorçuları Almaniyanın Hannover şəhərindəki Baş Konsulluğunun binasına hücum edib. Radikallar daş və dəyənəklərlə hücum edərək binaya ziyan vurmağa çalışıblar./Teleqraf.com

phrase_var_article.chosen
9
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close