AZ

Rusiyalı sənətçilər “Crocus City Hall” qurbanlarını Müslüm Maqomayevin mahnıları ilə andılar - VİDEO

Rusiyalı sənətçilər dünyaşöhrətli azərbaycanlı müğənni Müslüm Maqomayevin şərəfinə adlandırılmış “Crocus City Hall”da martın 22-də baş vermiş terror hadisəsinin qurbanlarını yad ediblər.

Bu məqsədlə rusiyalı incəsənət xadimləri SSRİ Xalq artisti Müslüm Maqomayevin mahnılarını ifa ediblər.

Albom “VK Music” studiyası tərəfindən hazırlanıb. Albom “Səsimi eşit” adlanır. Bura M.Maqomayevin rusiyalı bəstəkarlar tərəfindən yazılmış 12 mahnısı daxil edilib. 

Mahnıların yayımlanmasından və dinlənməsindən əldə edilən bütün vəsait “Crocus City Hall”da terrordan zərər görmüş şəxslərə bağışlanacaq.

 

Mənbə: oxu.az

Aqreqator
Seçilən
28
1
Mənbələr
Şərh ()
Bağla