phrase_var_article.
Türkiyədə şokolad daşıyan yük maşınında dəhşətli yanğın baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Məlumata görə, hadisə ölkənin Adana vilayətində baş verib.
Yük maşını Tarsus-Adana-Qaziantep yolunda hərəkətdə olarkən naməlum səbəbdən alovlanmağa başlayıb.
Hadisə yerinə dərhal yanğınsöndürmə briqadaları göndərilib. Yanğın qrupların müdaxiləsi ilə qısa zamanda söndürülüb.
Hadisə nəticəsində yük maşını yararsız hala düşüb.
Aysu
Demokrat.az