AZ

34 yaşlı kişi həmyerlisinə xəsarət yetirdi — TƏFƏRRÜAT

Neftçala rayonunda 1990-cı il təvəllüdlü Nizami həmyerlisi Bəhruza xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 8 oktyabr 2023-cü ildə, saat 19 radələrində Neftçala rayonunun Bankǝ qəsəbəsi, C.Mikayılov küçəsində yerləşən 104 nömrəli evinin qarşısında baş verib. 

Nizami alkoqol sərxoşluğu vəziyyətində küçədə həmyerlisi Bəhruzun motosiklet sürərkən fit çalmasını bəhanə edib, heç bir əsaslı səbəb olmadan sağ əli ilə onun sifətinə zərbələr vurmaqla, ona xəsarətlər yetirib. 

Hadisəni törədən Nizaminin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nizami ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, özü heç bir yerdə işləmir, Bakı şəhərində atası ilə birlikdə fəhləlik edərək dolanır, əvvəllər heç vaxt məhkum olunmayıb: “8 oktyabr 2023-cü ildə, axşam saat təxminən 19 radələrində yaşadığım Bankə qəsəbəsində küçədə dayanmışdım. Günortadan içki içdiyim üçün artıq sərxoş vəziyyətdə olmuşam. Neftçala rayonu, Bankə qəsəbəsindəki Kür çayının üstündə olan körpü tərəfdən bir nəfər tanımadığım şəxsin başında kaska motosiklet sürə-sürə küçə ilə mənə tərəf gəldiyini gördüm. Fit səsi eşitdiyim üçün əl edib həmin motosikleti saxlatdırdım. Motosikletin sürücüsündən soruşdum ki, niyə bizim küçəmiz ilə gedərkən fit çala-çala gedir, o, bu hərəkəti ilə nə demək istəyir. Həmin şəxs dedi ki, fit çalmayıb. Onun bu sözü məni ani olaraq əsəbləşdirdi və sağm əli ilə onun sifətinə bir zərbə vurdum. Zərbənin təsirindən həmin şəxs yerə yıxıldı. Başındakı kaska yerə düşəndən sonra həmin şəxsin həmyerlimiz Bəhruz olduğunu bildim”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra yaşadığı evə keçib: “Bu zaman atam Şakir küçəyə çıxdı və Bəhruza yaxınlaşdı. Bəhruz atama demişdir ki, görürsən də oğlu onu nahaqdan döyüb, nə vəziyyətə salıb. Atam da cavabında Bəhruza dedi ki, məndən şikayət etməsin, səhv edib ona qarşı bu cür hörmətsizlik edib, tənbeh edib başa salar. Mübahisə zamanı bir-birimizə qarşı nalayiq söz işlətməmişik. Həmin vaxt ətrafda kənar şəxslər olmayıb. Hadisə təxminən 30 saniyə davam etdi”. 

İş üzrə zərərçəkmiş Bəhruzun sözlərinə görə, oktyabrın 8-də, axşam saat təxminən 19 radələrində idarə etdiyi “MT” markalı, yedəkli motosiklet ilə çöldən yaşadığı evə gələrkən Nizami onun yaşadığı küçədə görüb: “Nizaminin yanından keçən zaman mənə motosikleti saxlamağımı bildirdi. Mən də dayanan zaman küçədə fit çalan kim olub, sən olmusan deyə soruşdu. Dedim ki, motosiklet idarə edən zaman fit çalan eşitməmişəm və görməmişəm. Bunu deyən zaman Nizami yumruqla sifətimə və üzümə zərbələr vurmağa başladır. Burnumdan qan açıldı. Bu zaman Nizaminin atası Şakir yaşadığı evdən küçəyə çıxdı və bizə yaxınlaşdı. Şakir kişiyə dedim ki, oğlu məni nahaqdan döyüb, nə vəziyyətə salıb. Şakir də bildirdi ki, oğlundan şikayət etməyim, səhv edərək mənə qarşı bu cür hörmətsizlik edib, onu tənbeh edib başa salar”. 

Bu cinayət işinə Neftçala Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayət etməməsini nəzərə alıb. Bu səbəbdən Nizaminin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad olunub. 

Fariz Məlikli
Demokrat.az
phrase_var_article.chosen
32
50
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close