AZ

Cavanşir Məmmədov lüks avtomobilini efirdə satışa çıxardı - FOTO

Cavanşir Məmmədov avtomobilini efirdə satışa çıxarıb.

Yenisabah.az axşam.az-a istinadla xəbər verir ki, bu barədə sənətçi "Rəngarəng səhər" verilişində danışıb.

Əməkdar artist bildirib ki, 1986-ci ilin "Rolls Royce" markalı retro maşınını satır:

"90 min manata satıram. Bu avtomobil 4600 kilometr yol gedib. Demək olar ki, təzədir. Öz adımdan da bu avtomobilin motoruna 1 il sığorta verirəm. Motoruna nəsə olsa, özüm düzəltdirəcəyəm. Avtomobil ilə toylara getmirəm. Bu maşınla Məhərrəm və Ramazan aylarında nəvəmlə şəhərdə gəzirik. Əgər bu avtomobili efir vasitəsi ilə siz sata bilsəniz, sizə də pul verəcəyəm. Bu maşının qiymətini sosial şəbəkələrdə şişirdib 250 min manat kimi qələmə verirlər. İstəyən zəng vursun. Avtomobilin salonu isə ağ rəngdə dəri işləməlidir".


Telegram kanalımız
phrase_var_article.chosen
28
50
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close