AZ

Rusiya Ukraynada daha 780 hərbçisini itirdi 

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 780 hərbçisini itirib. 

Yenisabah.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. 

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 439 970 nəfərə çatıb. 

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 10 tank, 21 zirehli döyüş maşını, 32 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. 

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub. 


Telegram kanalımız
phrase_var_article.chosen
162
19
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close