AZ

KTMT-nin yeni üzvləri kim olacaq? – Baş katibdən açıqlama

Yaxın gələcəkdə KTMT-nin genişlənməsi mümkündür, dünyada təşkilatın sülhməramlı missiyalarına tələbat artacaq.

Teleqraf.com xəbər verir ki, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib.

“Belə bir ehtimal prinsipcə istisna deyil”, - baş katib müvafiq suala cavabında bildirib.

Tasmaqambetovun sözlərinə görə, köhnə münaqişələrin bərpası və yenilərinin yaranması ilə müşayiət olunan köhnə dünya nizamının dağılması hərbi-siyasi ittifaqa tələb xeyli artır:

“Yeni əməkdaşlıq formatlarının yaranması və ya KTMT bazasına əsaslanan sülhməramlı fəaliyyətimiz təşkilatın genişlənməsində ilkin təkanverici olacağı istisna edilmir. Təəssüf ki, yaxın gələcəkdə buna tələbat artacaq”.

Tasmaqambetov iddia edir ki, KTMT iştirak üçün çox əlverişli şərtlər təklif edir:

“Əsas olanlardan biri sərt blok nizam-intizamının olmaması və təşkilat daxilində qərarların qəbulunun demokratikliyi hesab edilə bilər”.

Baş katib əlavə edib ki, KTMT-nin böhranlı vəziyyətlərin həllində siyasi-diplomatik üsullara üstünlük verməsi də vacibdir.


Müəllif: Mənsur Rəğbətoğlu
phrase_var_article.chosen
9
39
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close