AZ

Dünya Bankı Ermənistanın büdcə kəsrlərini maliyyələşdirəcək

Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB, Dünya Bankının strukturu) Ermənistana 92 milyon avrodan çox kredit verəcək. AzVision.az rus mətbuatına istinadla xəbər verir ki, Ermənistan hökuməti cümə axşamı keçirilən iclasda müvafiq sazişin imzalanmasını təsdiqləyib.Ermənistan 92,3 milyon avro məbləğində kredit və 16 milyon dollar məbləğində qrant alacaq : “Vəsait Ermənistanın 2024-cü il dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsinə yönəldiləcək”, - sənəddə qeyd olunur.

Kredit 8 illik güzəştlə 22 il müddətinə verilir. İllik faiz dərəcəsi altı aylıq orta SOFR və üzən spredə bərabərdir. Martın 27-nə SOFR 6M 5,38862% təşkil edib.

Ermənistan parlamenti 2024-cü ilin dövlət büdcəsini 482,9 milyard dram (təxminən 1,2 milyard dollar) və ya ÜDM-in 4,6%-i kəsirlə qəbul edib.

Elnur Məmmədov
AzVision.az

phrase_var_article.chosen
147
18
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close