AZ

İsraildə naməlum şəxs avtomobillərə və uşaqların olduğu avtobusa atəş açıb

İsraildə naməlum silahlı şəxs İordaniya vadisində magistral yolda avtobuslara və avtomobillərə atəş açıb. "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə "Vesty.co" portalı İsrail Müdafiə Qüvvələrinin  mətbuat xidmətinə istinadən məlumat yayıb. 

Terror aktı nəticəsində otuz yaşlı kişi ağır yaralanıb, iki qurban yüngül xəsarət alıb, onlardan biri on üç yaşlı uşaqdır. Atəş açılan avtobus zirehli olduğundan çoxlu sayda insan tələfatının qarşısı alınıb.

Hadisə şahidlərinin və müşahidə kameralarının görüntülərinə görə, terrorçu yaşıl forma geyinib, yolun kənarında dayanıb və uzun lüləli silahdan atəş açıb.

Havar Şəfiyeva

Seçilən
120
45
Mənbələr
Şərh ()
Bağla