AZ

Hindistanda iki təyyarə toqquşdu


Hindistanın Kəlküttə şəhərində hava limanında iki təyyarə toqquşub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə yerli “The Times of India” nəşri məlumat yayıb.
Məlumata görə, toqquşma uçuş-enmə zolağında baş verib və nəticədə təyyarələrdən birinin qanadının bir hissəsi qopub.
Hadisə martın 26-da yerli vaxtla saat 10:30 radələrində baş verib.
Toqquşan təyyarələr “IndiGo” aviaşirkətinə məxsus “Airbus A320neo” və “Air India Express” aviaşirkətinə məxsus “Boeing 737-800” təyyarələri olub.  
Çennai şəhərinə gedən “Air India Express” reysinin göyərtəsində 169, Darbhanqa şəhərinə gedən “IndiGo” reysinin göyərtəsində isə 133 sərnişin olub.
Onların heç biri xəsarət almayıb.
Hindistan Mülki Aviasiya Baş İdarəsi araşdırmalara başlayıb. Araşdırma nəticəsində “IndiGo” aviaşirkətinin hər iki pilotu işdən kənarlaşdırılıb.
Qeyd edək ki, martın əvvəlində Avstraliyanın Pert hava limanında “Qantas Airways Limited” şirkətinə məxsus iki sərnişin təyyarəsi toqquşmuş, Kanberradan gələn təyyarə uçuş-enmə zolağında qanadı ilə başqa bir təyyarəni vurmuşdu.
Seçilən
10
22
Mənbələr
Şərh ()
Bağla