AZ

“Lunyov “Qarabağ”a keçməklə düzgün addım atdı”

Rusiya millisinin sabiq baş məşqçisi Stanislav Çerçesov Andrey Lunyovun “Qarabağ”a keçməklə düzgün seçim etdiyini qeyd edib.

Futbolinfo.az “Match TV”-yə istinadən xəbər verir ki, o, qapıçının “Qarabağ”a keçməklə düzgün addım atdığını bildirib:

“Təəssüf ki, Andrey Lunyovu iş başında görə bilmədik. Böyük ehtimalla, o, Paraqvayla matçda millinin qapısını qoruyacaqdı. Lunyovla Almaniyada tanış olmuşdum. Biz o vaxt Leverkuzendə oynayırdıq, otelimizə gəldi, uzun müddət söhbət etdik. “Qarabağ”a keçməklə düzgün addım atdı. O, sabit olaraq avrokuboklarda oynayan, özünü sübut edə biləcək yaxşı komandaya keçdi”.

phrase_var_article.chosen
22
1
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close