AZ

“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”

Məlum olduğu kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Xankəndi şəhərində erməni əsilli sakinlərlə görüşüb, onların sosial durumu, yaradılan şərait və mövcud münasibətlə maraqlanıb.

 

Mövcud şəraitdən  və onlara olan münasibətdə razılıqlarını ifadə edən ermənilər, hər hansı şikayətlərinin olmadığını vurğulayıblar.

Moderator.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov Ombudsmanın bu addımını dövlətimizin ölkəmizdəki bütün millətlərə, eləcə də ermənilərə humanist münasibətinin gösdtəricisi kimi dəyərləndirib:

 

“Ombudsmanın Xankəndidəki ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür.

 

Azərbaycan dövləti, Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, ölkəmizdə yaşayan, Azərbaycan vətəndaşı olan hər kəs milliyətindən, dilindən, dinindən asılı olmayaraq, qanun qarşsıında bərabərdir və onlara münasibətdə hər hansı ayrı-seçkilik ola bilməz, heç vaxt da olmayıb.

 

Bu həqiqəti hər bir Azərbaycan vətəndaşı öz gündəlik yaşamında müşahidə edir. Ölkəmizdəki tolerantlıq beynəlxalq ekspertlər, müşahidəçilər, dövlət və hökumət rəbbərləri tərəfindən də dəfələrlə etiraf edilib.

 

Bu baxımdan Ombudsmanın Xankəndiyə səfəri və buradakı ermənilərl görüşü bir daha sübut edir ki, Azərbaycan dövləti bütün millətlərin nümayəndələrinə eyni humanizm və sevgi ilə yanaşır, Azərbaycan vətəndaşı olan hər bir şəxsə eyni qayğı və məsuliyyətlə sahiblənir, onların rifahı üçün bütün imkanlarından maksimum istifadə edir.

 

Mən bu xoş, nəcib, humanist addımına görə Ombudsmana da təşəkkür edir, ona fəaliyyətində uğurlar arzulayıram. Arzu edirəm ki, bu gün özünü ermənidən daha artıq erməni kimi aparan Fransa kimi dövlətlər də bu həqiqəti görsün və Azərbayacan qarşı qərəzdən, böhtandan əl çəksinlər”.

 

Seymur ƏLİYEV

 

Seçilən
0
Mənbələr
Şərh ()
Bağla