AZ

Martda dollara tələb xeyli azalıb - RƏQƏMLƏR

2024-cü ilin martında xarici valyutaya tələbdə fevrala nisbətən kəskin azalma müşahidə edilib. 


Sfera.az xəbər verir ki, mart ayı ərzində Mərkəzi Bankda kommersiya banklarının iştirakı ilə 6 valyuta hərracı keçirilib. Bu hərraclarda ümumilikdə 498,3 milyon dollar dəyərində xarici valyuta satılıb. 


Fevral ayı ilə müqayisədə satılan xarici valyutanın dəyəri xeyli azalıb. Ötən ay banklar ümumilikdə 870,6 milyon dollar dəyərində xarici valyuta almışdılar. 


Yanvar ayında isə bankların aldığı valyutanın həcmi 417,1 milyon dollar olub. Müqayisə göstərir ki, bankların mart ayında valyutaya tələbi yanvara nisbətən bir qədər artsa da fevrala nisbətən xeyli azalıb. 


Ümumilikdə bu il banklar 1,786 milyard dollar həcmində valyuta alıblar. 


Ötən ilin eyni dövrünə nisbətən hələ də bankların xarici valyutaya, xüsusən də dollara tələbi çox yüksəkdir. Ötən ilin birinci rübündə 904 milyon dollar valyuta satılmışdı. Müqayisədə bu il valyuta alışı 98 faizə yaxın artıb.


Martda isə valyuta satışında artım ötən ilin eyni ayına nisbətən 30 faizə yaxın olub.

 

Vasif
 

phrase_var_article.chosen
0
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close