AZ

Bu şirkət uşaq dünyaya gətirən ailələrə PUL ÖDƏYƏCƏK

Cənubi Koreyada yerləşən “Booyoung Group” tikinti şirkəti ölkədə aşağı doğum səviyyəsi ilə mübarizə aparmaq üçün mətbuat konfransı keçirib.

 

Sfera.az xəbər verir ki, şirkət uşaq dünyaya gətirən işçilərə 75 min dollar ödəyəcəyini açıqlayıb.

 

Rəsmi məlumatlara görə, Cənubi Koreya hazırda dünyada ən aşağı doğum səviyyəsinə malik ölkələrdəndir. Bu nisbətin 2025-ci ilə qədər daha da azalacağı gözlənilir. Məhz bu baxımdan “Booyoung Group” şirkəti işçilərə maliyyə yardımı ayıracaq.

 

Ülkər Abdurahmanlı

Seçilən
18
1
Mənbələr
Şərh ()
Bağla