AZ

80 yaşlı milyonçu qohumlarını mirassız qoyub hər şeyini baxıcısına vəsiyyət edib

İtaliyanın Trento əyalətinin Rovereto şəhərindən olan aristokrat 5 milyon avroluq sərvətini tibb bacısına vəsiyyət edərək, on qardaşı oğlunu mirassız qoyub.

BAKU.WS lenta.ru-ya istinadən xəbər verir ki, zadəgan ailənin nəslindən olan Mariya Mafatti ötən ilin noyabrında 80 yaşında dünyasını dəyişib.

O, evli deyildi və birbaşa varisi qalmayıb. O, bütün əmlakını, o cümlədən mənzillərini, tarixi malikanəsini və bank hesablarındakı pulları ona baxan tibb bacısına vəsiyyət edib.

Vəsiyyətnamə açıqlandıqdan sonra qadının yaxınları vəkillə əlaqə saxlayıb və prokurorluğa şikayət ediblər. Onların sözlərinə görə, tibb bacısı Mafattinin aciz vəziyyətindən istifadə edib vəsiyyəti onun xeyrinə düzəldib. İstintaq zamanı prokurorluq mirası dondurub.

phrase_var_article.chosen
38
50
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close