AZ

Karlsen favoritlərini açıqladı

Dünya kişi şahmatının lideri Maqnus Karlsen aprelin 4-də Kanadanın Toronto şəhərində start götürəcək İddiaçıların turniri ilə bağlı favoritlərini açıqlayıb.

Xatırladaq ki, dünya şahmat tacına iddia edənlər arasında həmvətənimiz Nicat Abasov da var. Norveçli qrossmeysterin favoritləri Hikaru Nakamura ilə Fabiano Karuanadı. Ancaq Əlireza Firuzca qalib gələrsə, Karlsen təəccüblənəcək. 2021-ci ildə dünya çempioni tutulundan imtina edən Karlsenin fikrincə, Karuanın dünya çempionluğu tam haqlı olardı.

Xatırladaq ki, Nicat ilk turda FİDE adından yarışacaq Yan Nepomnyaşi ilə qarşılaşacaq. Azərbaycanlı qrossmeysterin növbəti rəqibləri isə Fabiano Karuana (ABŞ), Hikaru Nakamura (ABŞ), Əlireza Firuzca (Fransa), Qukeş Dommaracu (Hindistan), Rameşbabu Praqnanandha (Hindistan) və Vidit Santoş (Hindistan) olacaq. İkidövrəli turnirin qalibi şahmat tacı uğrunda mübarizə aparmaq üçün dünya çempionu Dinq Lirenin (Çin) qarşısına çıxacaq.

phrase_var_article.chosen
25
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close