AZ

Orta Dəhliz üzrə daşımaların həcmi 10 milyon tona çata bilər - Tokayev

Bakı. Trend:

Ötən il Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə yükdaşımalarının həcmi 2 dəfə artaraq, 3 milyon tona çatıb. Yaxınillərdə bu rəqəmin 10 milyon tona çatacağına ümid edirik.

Trend xəbər verir ki, bu fikri martın 28-də QazaxıstanPrezidenti Kasım-Jomart Tokayev Çinin Haynan adasında keçirilənAsiya naminə Boao Forumunun illik konfransının açılış mərasimindəçıxışı zamanı deyib.

Qazaxıstanın dövlət başçısı Asiya ilə Avropa arasında tədarükzəncirini etibarlı şəkildə təmin edən Orta Dəhlizin həm mövcud, həmdə yeni nəqliyyat marşrutlarını inkişaf etdirmək üçün səyləriartırmağın vacibliyini vurğulayıb.

Qeyd edək ki, Çinin Haynan adasında Asiya naminə Boao Forumunun“Asiya və dünya: ümumi çağırışlar, ortaq məsuliyyət” mövzusundaillik konfransı keçirilir. Tədbirdə 60 ölkədən təxminən 2 minnümayəndə, o cümlədən, dövlət və hökumət başçıları, parlamentrəhbərləri, dövlət rəsmiləri, elm adamları, beyin mərkəzlərininnümayəndələri iştirak edir. Konfransın panel iclaslarında dünyaiqtisadiyyatı, elmi və texnoloji innovasiya, sosial inkişaf,beynəlxalq əməkdaşlıq və digər mövzularda müzakirələr aparılır.

Seçilən
48
9
Mənbələr
Şərh ()
Bağla