AZ

Brüsseldə Ermənistan-Aİ-ABŞ görüşü Rusiyada narahatlıq doğurur - Mariya Zaxarova

Bakı. Trend:

Brüsseldə yüksək səviyyədə keçiriləcək Ermənistan-Aİ-ABŞ görüşüRusiyada narahatlıq doğurur.

Trend xəbərverir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuatxidmətinin rəhbəri Mariya Zaxarova özünün "Telegram" kanalındayazıb.

"Vaşinqton, Brüssel və İrəvan guya heyrətlənirlər ki, aprelin5-də keçiriləcək yüksək səviyyəli Ermənistan-Aİ-ABŞ görüşü niyəçoxlarında "narahatlıq" doğurur. Bildirirlər ki, görüş hər hansıüçüncü ölkəyə qarşı yönəlməyib. Bu cür tədbirlər Rusiyadanarahatlıq doğurur, çünki ABŞ və Aİ nümayəndələri tərəfdaşlarımızabirbaşa deyirlər ki, onların əsas fəaliyyəti müstəsna olaraqRusiyaya qarşı yönəlib. Birbaşa, açıq mətnlə belə də deyirlər", -deyə o yazıb.

Zaxarova qeyd edib ki, bu cür görüşlər əksər region ölkələrindənarahatlıq doğurur, çünki Azərbaycan və Ermənistan arasında sülhənail olmağa deyil, Qərbin olduqca destruktiv yanaşmaları ilə CənubiQafqazda daha da irəliləməsinə, orada yeni ayırıcı xətlərinyaradılmasına, region ölkələrini anti-Rusiya gündəliyini izləməyəməcbur etməyə, Moskva ilə çoxəsrlik əlaqələrin parçalanmasına,regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq üçün mövcudmexanizmlərin sarsılmasına yönəlib.

"Rəsmi İrəvanın niyə söhbətin nədən getdiyini anlamırmışcasınadavranması böyük sual doğurur. Axı bütün dünyanın gözü qarşısındaErmənistanı kollektiv Qərbin erməni xalqının təməl maraqlarındantamamilə fərqlənən son dərəcə təhlükəli planlarının reallaşdırılmavasitəsinə çevirirlər", - deyə Zaxarova yekunlaşdırıb.

Qeyd edək ki, dünən ABŞ Dövlət Departamentinin mətbuat katibiMetyu Miller brifinqdə bildirib ki, Ermənistanın ticaritərəfdaşlığın şaxələndirilməsi və humanitar ehtiyaclarınqarşılanması işində ABŞ və Avropa İttifaqının (Aİ) ölkəyə dəstəyinimüzakirə etmək üçün ABŞ dövlət katibi Antoni Blinken BrüsseldəAvropa Komissiyasının prezidenti Ursula von der Lyayen vəErmənistanın baş naziri Nikol Paşinyan ilə birgə üçtərəfliABŞ-Aİ-Ermənistan görüşündə iştirak edəcək.

O, Brüsseldəki görüşün diqqəti Ermənistanın iqtisadidayanıqlılığına yönəltmək məqsədi daşıdığını əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Seçilən
43
24
Mənbələr
Şərh ()
Bağla