AZ

Muzdlu kölənin arzuları: Rasmussen yeni müharibə istəyir

İrəvanda maraqlı proseslər yaşanır və onlarınhazırda iki məcrası var: birinci istiqamət baş nazir NikolPaşinyanın tapşırığı ilə sürətlə inkişaf etdirilən"Ermənistan-Avropa İttifaqı əməkadşlığının perspektivləri və Qərbsiyasətçiləri ilə daha sıx təmaslar" mövzusudursa, ikinci istiqamətRusiyadan asılılığın azaldılması çərçivəsində Ermənistandakırusiyalı hərbçilərin sayının aşağı salınmasına yönəlmişcəhdlərdir.

Ermənistan parlamentinin spikeri Alen Simonyanın dediyinə görə,İrəvandakı "Zvartnots" hava limanından Rusiyanın FederalTəhlükəsizlirk Xidmətinin (FTX) nəzdindəki Sərhəd Qoşunlarınınmənsublarının çıxarılması məsələsi artıq bütünlüklə, tam həllinitapıb.

A.Simonyan bildirib ki, rusiyalı sərhədçilər "Zvartnots"uavqustun 1-dək tərk edəcəklər.

Onun sözlərinə görə, İrəvanla Moskva artıq bu məsələni müzakirəetmirlər.

Nikol Paşinyanın komandası bu minvalla Qərbə meiylli siyasətinidaha fəal davam etdirəcəyini və Rusiyadan asılılıqdan qurtulmaqdaəzmli olduğunu göstərmək istəyir.

Bu səbəbdən Alen Simonyan Moskvanın ünvanına "cəsarət"lədanışır, amma eyni zamanda, Ermənistanın Rusiya ilə əlaqələrisürətlə sərinləşdirmək niyyətində olmadığını vurğulayır.

Rəsmi İrəvan Qərbin verdiyi vədlərə güvənir və o vədlərinarasında qərbli siyasətçilərin fəaliyyətləri də var.

Ermənilərə zahirən canfəşanlıq edən, onları var qüvvəsi ilədəstəklədiyini sürəkli nümayiş etdirməyə çalışan marionetlərarasında Danimarkanın sabiq baş naziri, NATO-nun keçmiş baş katibiAnders Foq Rasmussen xüsusilə fərqlənir.

"Ermənistanın Dostları Şəbəkəsi" adlı "yüksək səviyyəli qrup"yaradaraq, ona başçılıq edən Rasmussen bu yığnağın adından hesabatyayıb.

"Avropa İttifaqı-Ermənistan münasibətlərinin dərinləşməsi:Ermənistanda daha çox Avropa, Avropada daha çox Ermənistan" adlıhesabatda Avropa İttifaqı (Aİ) ölkələrinin dövlət və hökumətbaşçılarına, habelə siyasətçilərinə belə "məsləhət"lər var:

1. Ermənistana Aİ üzvlüyünə namizəd ölkə statusu təqdimolunmalıdır

2. Avropa Sülh Fondundan (EPF) Ermənistana zəruri vəsaitayrılmalıdır

3. Aİ ölkələrinin Ermənistana ikitərəfli hərbi-texnikiyardımları artırılmalıdır

4. Ermənistanın müdafiə qabiliyyətinin yüksəldilməsi üçün birgəhərbi təlimlər və treninqlər keçirilməlidir

5. Ermənistanın təhlükəsizliyinin təminatı sahəsi islahatlarauğramalıdır

6. Ermənistanın sərhədləri üzərində nəzarətigücləndirilməlidir

7. Ermənistana Avropa Energetika Birliyinin üzvlüyü təklifedilməlidir

8. Ermənistanın ərzaq təhlükəsizliyinin təminatıgücləndirilməlidir

9. Avropa İttifaqı ilə Ermənistan arasında viza rejimininliberallaşması ilə bağlı danışıqlara başlanmalıdır

10. Ermənistanın Avrasiya İqtisadi Birliyini tərk etməsində onayardımlar göstərilməlidir

11. Türkiyə ilə Azərbaycanın maraqları kəsişsə də, identikdeyil: bu səbəbdən İrəvanla Ankara arasında yüksək səviyyədədanışıqlara başlanmalı, münasibətlərin normallaşması və sərhədlərinaçılması üçün konkret addımlar atılmalıdır

12. Avropa İttifaqının Ermənistandakı missiyasının (EUMA) heyətivə imkanları artırılmalıdır.

... Göründüyü kimi, Rasmussenin və onun başına topladığı"sabiqlər"dən ibarət marionet komandasının hazırladığı sənədhesabat yox, Ermənistanın ən geniş müstəvidə dəstəklənməsinəyönəlmiş bəsit propaqandadır.

A.Rasmussenə məxsus olan "Rasmussen Global" konsaltinqşirkətinin rəsmi İrəvanla anlaşma imzaladığını nəzərə alsaq,təsadüfi heç nə yoxdur.

Ötən il Ermənistanda səfərdə olarkən Rasmussen Azərbaycanlaşərti dövlət sərhədinə gəlmiş, Həkəri çayının üzərindəkinəzarət-buraxılış məntəqəsinin yaxınlığında fotosessiya edərək,sosial şəbəkələrdəki profillərində paylaşmışdı.

Daha sonra o, qarabağlı ermənilərin "hüquqlarının müdafiəsi vətəhlükəsizliklərinin təminatının zəruriliyi" ilə bağlı məruzəhazırlayaraq yaymıışdı.

Elə həmin səfər zamanı "Rasmussen Global" konsaltinq şirkəti iləİrəvan arasında "əməkdaşlıq və lobbinq fəaliyyəti" ilə bağlımüqavilə imzalanmışdı.

Həmin sənəd ötən ilin fevralında, Münhendə keçirilmiş beynəlxalqtəhlükəsizlik konfransında A.Rasmussenlə Ermənistanın baş naziriNikol Paşinyan arasındakı görüşdə yenilənmişdi.

Yəni A.Rasmussen və onun komandası Ermənistanın maraqlarıçərçivəsində muzdlu fəaliyyət göstərir.

NATO-nun sabiq baş katibi vəzifəsindən kənarlaşdırılandan sonrapullu təxribatçıya və sifarişçilərinə sürəkli problemlər yaradantəxribatçıya çevrilib.

Xatırladaq ki, Ukraynanın hakimiyyət dairələri 3 il əvvəlölkənin üzləşdiyi risklərin və təhdidlərin zərərsizləşdirilməsinədəstək məqsədilə A.Rasmussenə müraciət etmiş, böyük məbləğödəmişdilər.

Rasmussenin Ukraynada fəaliyyəti isə tam əksinə, Rusiyanınölkəyə hərbi əməliyyatlara başlamasını sürətləndirən amillərdənbirinə çevrildi.

"Ermənistanın dostları şəbəkəsi" adlanan qrupun hazırladığıhesabat rəsmi İrəvanın istəkləri, arzuları və tələbləri əsasındayazılmış mətndir.

Avropa İttifaqının rəhbərliyinə gəldikdə, Rasmusseninin qrupununyazısı onların fəaliyyət prinsipi ola bilməz: Aİ-nin CənubiQafqazla bağlı maraqları fərqli, mənafeləri çeşidlidir.

Lakin istənilən halda İrəvanın sifarişi ilə ərsəyə gətirilmişnarrativlərin yer aldığı hesabatı Bakı nəzərə almaya bilməz.

Xüsusilə də A.Rasmussenin ölkəmizlə bağlı son açıqlamasındansonra.

“Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlar göstərdi ki,Avropa itiifaqı bilavasitə qonşuluğundakı ölkələrdə demokratiyanınmüdafiəsi üçün daha çox işlər görməlidir. 2023-cü ildə AzərbaycanınDağlıq Qarabağın etnik erməni əhalisinə hücumundan və Azərbaycanqüvvələrindən Ermənistana təhlükələrlə təhdidlərin mövcud olduğununəzərə alsaq, Ermənistana dəstək xüsusilə aktualdır. Əminəm ki,Cənubi Qafqazda sülhü və stabil demokratiyanı dəstəkləmək üçünAvropa İttifaqı gərəkli imkanlara malikdir", - Rasmussen deyib.

Azərbaycanı aqressiv siyasətli və işğalçı, dinc insanlarahücumlar edən dövlət, Ermənistanı isə demokratik, hücumlara məruzqalan, Qərbə meyilli ölkə kimi təqdim edən Anders Rasmussenin beləaçıqlaması, yumşaq desək, siyasi həpəndlikdir.

Anders Rasmussen öz lobbi şirkəti “Rasmussen Global”ı tanıtmaq,şübhəli lobbiçilik və təsir xidmətləri göstərmək üçün NATO-nunkeçmiş baş katibi statusundan sui-istifadə etməkdə davam edir.Ermənistan hökuməti onun müştərisi kimi, “çox düşünülmədəntəsdiqlənmiş” bu hesabata görə yüz minlərlə ABŞ dollarıxərcləyib.

Amma həmin pullar bölgədə sülhün bərqərar olmasına yox,Ermənistanı revanşa həvəsləndimrməkdir.

Aprelin 5-də Brüsseldə keçiriləcək ABŞ-Ermənistan-Avropaİttifaqı müştərək konfransı faktik olaraq regional hərbi-siyasitərəfdaşlıq bəyanı da sayıla bilər.

Görünən budur ki, Qərb Cənubi Qafqazda ikinci Ukraynassenarisinin reallaşdırılmaq, bölgədə Rusiyaya qarşı ikinci cəbhəaçmaq istiqamətində cəhdlərini aktivləşdirib.

Bu, Azərbaycana təzyiq və hərbi müdaxilə planının tərkibhissəsidir.

Anlayırıq və hadisələrin istənilən istiqamətdə inkişafssenarisinə hazırıq.

phrase_var_article.chosen
20
4
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close