AZ

ABŞ Azərbaycanın COP29-a sədrliyini qətiyyətlə dəstəkləyir - Ceffri Payet

Bakı. Trend:

ABŞ Azərbaycanın COP29-a sədrliyini qətiyyətlə dəstəkləyir.

Trend xəbərverir ki, bu barədə ABŞ dövlət katibinin enerji ehtiyatları üzrəköməkçisi Ceffri Payet deyib.

"Hyustonda energetika nazirinin müavini ilə çox yaxşıdanışıqlarımız oldu. Həmçinin, bir neçə həftə əvvəl energetikanaziri özü burada, Vaşinqtonda olanda əla müzakirələrimiz keçdi.ABŞ tərəfindən Azərbaycanın COP29-a sədrliyini qətiyyətlədəstəklədiyini vurğuladım. İnanıram ki, Prezident İlham Əliyevinmüəyyən etdiyi hədəflərlə ABŞ-nin növbəti COP-da, daha sonra2025-ci ildə Braziliyada əldə etməyi nəzərdə tutduğu hədəflərarasında yüksək dərəcədə uyğunluq var", - o deyib.

Payet ABŞ-nin BƏƏ, Azərbaycan və Braziliya tərəfindən COP28gündəliyinin davamı üçün hazırladığı "Troika" mexanizminidəstəklədiyini vurğulayıb

"Mən enerji sistemimizin ekologiyalaşdırılması ilə əlaqədarməsələlərə fokuslanmışam və dünyanın istifadəsinə davam etməkniyyətində olduğu qazıntı yanacağının iqlim üçün daha az zərərliüsulla hasil olunmasının təmin olunması üzərində çalışıram, bu isəmetan tullantıları ilə mübarizə səylərimizin davamı deməkdir - bizPrezident İlham Əliyevin Azərbacanın "Qlobal Metan Vədi"nəsadiqliyi barədə bəyanatını çox dəstəkləyirik və bu yaxınlardaregionda Azərbaycan, Türkmənistan və Qazaxıstan kimi "Qlobal MetanVədi"ni imzalamış ölkələrdən daxil olan metan və səmt qazının dahaçox hasilatı üçün imkanları araşdırmaq məqsədilə hazırda Xəzərdənizində aktiv fəaliyyət göstərən bp, "Chevron" və "ExxonMobile"kimi şirkətlərlə çalışırıq", - deyə o əlavə edib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası builin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərarCOP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasındaqəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcəkvə 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlimsisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ciilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitindəimzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturununingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. gər tərəflərin fərqliqərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ciilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərindəyerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

phrase_var_article.chosen
45
3
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close