AZ

Azərbaycanda manata inam qorunub saxlanılıb - Mərkəzi Bank

Bakı. Trend:

Azərbaycanda depozit dollarlaşmasının səviyyəsi manata inamınqorunduğunu göstərir.

Trend MərkəziBanka istinadən xəbər verir ki, 2024-cü ilin əvvəlindən bəri dəvalyuta bazarında tarazlıq qorunub.

"İlin ötən dövründə Mərkəzi Bank tərəfindən təşkil edilənvalyuta hərraclarının bir neçəsində valyutaya tələb artmışdır. Bunasəbəb dövlət investisiyaları və özəl sektorun istehlakınınaktivləşməsi nəticəsində idxalın maliyyələşməsinin genişlənməsidir.2024-cü ilin 2 ayında qeyri-neft investisiya qoyuluşları ötən ilinmüvafiq dövrü ilə müqayisədə 17.1% artıb ki, bunun da əhəmiyyətlihissəsi daxili mənbələr hesabına maliyyələşmişdir. Bu, qeyri-neftidxalı üzrə qabaqcadan ödənişlərin artması ilə müşayiət olunub.Qeyd olunanlar idxal mənşəli valyuta tələbinin artımınıtəsdiqləyir", - Mərkəzi Bankın məlumatında deyilir.

Mərkəzi Bank ümumilikdə, valyuta bazarının profisitli tədiyəbalansı şəraitində fəaliyyət göstərdiyini qeyd edib.

"2023-cü ilin yekunu üzrə tədiyə balansının cari əməliyyatlarhesabında ümumi daxili məhsulun (ÜDM) 11.5%-i səviyyəsində profisitolub. Ticarət balansında 2024-cü ilin ilk 2 ayında 2.3 mlrd. ABŞdolları məbləğində profisit formalaşıb. Proqnozlara əsasən mövcudmeyillərin davam edəcəyi təqdirdə 2024-cü ilin yekunu üzrə də cariəməliyyatlar hesabının profisitli olacağı (yanvar proqnozu: 7-8mlrd.ABŞ dolları) gözlənilir. Bununla yanaşı fevralda depozitdollarlaşmasının azalmaqda davam etməsi yığım vasitəsi kimi manatainamın qorunduğunu göstərir.

Belə ki, fevralda maliyyə sektoru çıxılmaqla hüquqi və fizikişəxslərin depozitlərinin dollarlaşması səviyyəsi yanvar ayınanəzərən 1.3 faiz bəndi, ötən ilin fevral ayı ilə müqayisədə isə 9faiz bəndi azalıb", - deyə Mərkəzi Bankdan bildiriblər.

Qeyd edək ki, martın 28-də Azərbaycan Mərkəzi Bankı uçotdərəcəsinin 7.75%-dən 7.5%-ə, faiz dəhlizinin yuxarı həddinin8.75%-dən 8.5%-ə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə6.25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbuledib.

Xatırladaq ki, Mərkəzi bankın faiz dəhlizinin parametrləi üzrənövbəti qərarı mayın 1-də açıqlanacaq.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

phrase_var_article.chosen
113
13
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close