AZ

YAP Nizami rayon təşkilatının gəncləri və könüllüləri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər -FOTO

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının gəncləri və könüllüləri 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.

“İki sahil” xəbər verir ki,  öncə soyqırımı abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, soyqırımı qurbanlarının xatirəsi anılıb. Sonra Kompleks ilə tanışlıq olub.

Ziyarətçilər ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar. Onlara məlumat verilib ki, 2007-ci ildə Quba şəhərində aparılan tikinti işləri zamanı kütləvi məzarlığın aşkar olunması ermənilərin xalqımıza qarşı həyata keçirdiyi mart soyqırımının dəhşətlərini bir daha ortaya çıxarıb. Əldə olunan maddi sübutlar və sənədlər 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin törətdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirib. Erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2009-cu il oktyabrın 30-da imzaladığı müvafiq Sərəncama əsasən, Heydər Əliyev Fondunun dəstəyi ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksi inşa edilib. 2013-cü il sentyabrın 18-də dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə bu kompleksin açılışı olub.

Vurğulanıb ki, Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.

Komplekslə tanışlıq gənclərdə və könüllülərdə yüksək təəssürat yaradıb, onların sualları cavablandırılıb.

phrase_var_article.chosen
41
1
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close