AZ

"Çox pis vərdişlərim var..." - Günün şeiri

Kulis.az "Günün şeiri" layihəsində Ulucay Akifin "Çox pis vərdişlərim var" şeirini təqdim edir.

Çox pis vərdişlərim var,

məsələn,

bir yaz günü

aşiq olaram

tanımadığım qızın

əllərinə, ayaqlarına, sinəsinə...

aşiq olaram

yarpaqların rəqsinə,

günəşin gülüşünə, küləyin əsməsinə...

Çox pis vərdişlərim var,

məsələn,

bir yaz günü

ümid dolar içimə,

məsciddən çıxıb kafeyə gedərəm,

doldurub badəmi deyərəm:

- bunu da Tanrının sağlığına içirəm!

Çox pis vərdişlərim var,

məsələn,

bir yaz günü

unudaram

adını, səsini,

çıxarsan yadımdan...

...məsələn,

bir yaz günü

keçərsən yanımdan,

yaxınlaşıb deyərəm:

- Sevirəm!

phrase_var_article.chosen
34
1
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close