AZ

“Azərbaycan Teatrı” adlı elektron məlumat bazası yaradıldı

Azərbaycan Milli Kitabxanası “Azərbaycan Teatrı” adlı elektron məlumat bazası yaradıb.

Kulis.az xəbər verir ki, onlayn rejimdə istifadəçilərə təqdim olunan məlumat bazasında (https://anl.az/el/emb/TEATR/index.html) Azərbaycanda teatrın yaranma tarixi, nəşrlərdə haqqında dərc olunan materiallar və bu sənət haqqında fikirlər təqdim edilib.

Qeyd edək ki, 1873-cü il martın 10-da Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirovun təşəbbüsü və iştirakı ilə Bakıda nümayiş etdirilən ilk tamaşa Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyası olub.

Seçilən
11
Mənbələr
Şərh ()
Bağla