AZ

“Həvəskar fotoqrafın ailəvi portreti” adlı yeni film çəkiləcək

Rejissor Nurlan Həsənli “IDFA Bertha” Fondundan inkişaf dəstəyi alıb.

Kulis.az xəbər verir ki, fonda müraciət edən 250 layihədən seçilən 12 film arasında “Həvəskar fotoqrafın ailəvi portreti” də var.

“Həvəskar fotoqrafın ailəvi portreti” tammetrajlı sənədli filmi rejissorun öz ailəsi ilə film çəkilişi prosesini əks etdirir.

Film inkişaf mərhələsindədir. ”B2B Doc”, “CineDoc Tbilisi”, “When East Meet West”, GoEast Şərq-Qərb Talant Laboratoriyası (2024) inkişaf proqramlarına seçilib, Berlin Film Festivalı Avropa Film Marketində (2024) təqdim olunub.

Film Azərbaycan və Gürcüstanın ortaq istehsalıdır. Filmin prodüserləri Emil Nəcəfov və İrina Qelaşvili, təsviri rejissoru Natiq Hüsiyevdir.

Seçilən
4
Mənbələr
Şərh ()
Bağla