AZ

Təhsil İdarəsi direktorun işdən çıxarılması xəbərini təsdiqlədi - Əvvəlcə təkzib edilmişdi - FOTO

Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. 

 

Bununla bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsi məlumat yayıb. 

undefined

Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmrinə əsasən, Dilbər Qurbanova 27 mart 2024-cü il tarixindən tutduğu vəzifədən azad edilib. 

 

Belə ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən 28 fevral 2024-cü ildə Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbdə müxtəlif istiqamət üzrə yoxlama aparılıb. 

 

Yoxlama zamanı məktəbin idarəolunması, şagirdlərin məktəbə davamiyyəti, əmək intizamı, dərslərin əvəzolunması, dərsdənkənar məşğələlərin və dərnəklərin təşkili və keçirilməsi, fərdi təhsilin təşkili, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar üçün evdə təhsilin təşkili ilə bağlı nöqsan və çatışmazlıqlar aşkar olunub.

 

Məsələyə hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunub.

 

Qeyd: D.Qurbanovanın vəzifəsindən azad edilməsi ilə bağlı xəbəri ilk olaraq "Pravda.az" yaymışdı. İdarə əvvəlcə bunu təkzib etmişdi.

Tarix: 28 Mart 2024, 11:14   
phrase_var_article.chosen
184
20
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close