AZ

Agentlik xarici diplomların tanınmasındakı vacib məqamla bağlı çağırış etdi

Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici diplomların tanınmasındakı vacib məqamla bağlı çağırış edib.

 

TKTA-dan verilən məlumata görə, yerli akkreditasiyası olmayan ali məktəblərdən əldə olunan kvalifikasiyaların tanınması həyata keçirilmir.

 

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.1-ci bəndinə əsasən müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi tanınmaya dair ümumi tələblərə aiddir.

Tarix: 28 Mart 2024, 11:11   
phrase_var_article.chosen
129
4
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close