AZ

"Neftçi" "Qəbələ" ilə oyuna itkilərlə çıxacaq

style='margin-bottom:10px;'>

"Neftçi"nin Misli Premyer Liqasının 28-ci turunda səfərdə “Qəbələ” ilə keçiriləcək oyundan əvvəl zədəli futbolçuların son durumu müəyyənləşib.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Komanda sözügedən oyuna itkilərlə çıxacaq.

Bərpa prosesini davam etdirən Emil Balayevlə yanaşı, əzələ gərilməsi diaqnozu ilə müalicə keçən Mark Tamaş bu matçı buraxmalı olacaq.

Qeyd edək ki, "Qəbələ" - "Neftçi" oyunu sabah keçiriləcək və saat 16:30-da başlayacaq.

phrase_var_article.chosen
27
10
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close