AZ

"Borussiya" Terziçin qarşısına şərtlər qoydu

style='margin-bottom:10px;'>

Dortmund "Borussiya"sının rəhbərliyi baş məşqçi Edin Terziçlə bağlı qərarını verib.

QOL.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb. Mütəxəssisin komandası Bundesliqanın cari mövsümünü ilk "4-lük"də başa vura bilməsə, klub onu istefaya göndərəcək.

Həmçinin Dortmund təmsilçisinin rəhbərliyi Terziçdən Çempionlar Liqasının 1/4 finalında "Atletiko"nu mübarizədən kənarlaşdırmağı da tələb edib. Əgər məşqçi bu tələbləri yerinə yetirə bilsə, klubdakı yerini möhkəmlədəcək.

Xatırladaq ki, Almaniya çempionatının 26 oyundan sonra "Borussiya" 50 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

phrase_var_article.chosen
23
1
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close