AZ

Azərbaycan millisinin Avropa çempionatındakı potensial rəqibləri

style='margin-bottom:10px;'>

Aprelin 4-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda minifutbol üzrə Avropa çempionatının püşkatma mərasimi keçiriləcək.

QOL.az xəbər verir ki, son Avropa çempionu olan Azərbaycan millisi FİFA reytinqində 2-ci yeri tutduğundan birinci səbətdə qərarlaşıb.

Millinin potensial rəqibləri arasında digər üç səbətdə yerləşən 15 komanda var.

Digər səbətlərin tərkibi:

2-ci səbət: Macarıstan, Çexiya, Fransa, Serbiya, Ukrayna, Monteneqro.

3-cü səbət: İngiltərə, Gürcüstan, İtaliya, Polşa, İspaniya, Sloveniya.

4-cü səbət: Portuqaliya, Albaniya, Yunanıstan, Avstriya, Türkiyə, Xorvatiya.

Xatırladaq ki, Avropa çempionatı bu il, 1-9 iyun tarixlərində Sarayevoda keçiriləcək.

Seçilən
1
22
Mənbələr
Şərh ()
Bağla