AZ

"Bavariya"da Xabiyə alternativ tapıldı

"Aston Villa"nın baş məşqçisi Unay Emeri yeni mövsümdən "Bavariya"ya rəhbərlik edə bilər.

Futbolpress.az xəbər verir ki, mütəxəssis Münhen təmsilçisində baş məşqçi postuna namizədlər arasındadır. Bu barədə TZ nəşri məlumat yayıb.

"Bavariya"nın çalışdırıcısı Tomas Tuxel mövsümün sonunda klubu tərk edəcək. Onun yerinə əsas namizəd Xabi Alonsodur. "Bayer"ə rəhbərlik edən mütəxəssis münhenlilərə yox desə, onun əvəzinə Emeri ilə danışıqlar başlayacaq.

Emeri daha əvvəl Moskva "Spartak"ı, PSJ və "Vilyarreal"a rəhbərlik edib.
Seçilən
29
Mənbələr
Şərh ()
Bağla