AZ

Kapitan: "Komandamın avrokuboklara vəsiqə qazanmasını istərdim"

Azərbaycan Premyer Liqasında milli komandaların oyunlarına görə yaranmış fasiləyə həftəsonu yekun vurulacaq. Premyer Liqa təmsilçiləri artıq bir neçə gündür, hazırlıqlara start verib.

"Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev "FutbolPress"ə açıqlamasında komandanın toplanışını dəyərləndirdi:

"Toplanış bizimçün xeyirli oldu. Düzdür, çox vaxt yox idi, amma hazırlaşa bildik. Fasilənin komanda üçün faydası oldu, maksimum yararlandığımızı düşünürəm. İnşallah, bunların nəticəsini görəcəyik".

Müdafiəçi Premyer Liqanın XXVIII turunun "Səbail"lə oyunundan gözləntilərini bölüşdü:

"Səbail"lə oyun altı xallıqdır. Çünki rəqiblə aramızda böyük fərq yoxdur. Qələbə qazanan tərəf üstünlük yaxalayacaq. Toplanışımız yaxşı keçib, zədəlilərimiz geri dönüb. Yaxşı hazırlaşıb, maksimum nəticə ilə dönməyə çalışacağıq. "Səbail" də yaxşı rəqibdir, ağır oyun olacaq".

Əliyev sonda komandasının avrokuboklarda oynamaq şanslarından söz açdı:

"İnanın ki, çempionatdakı bütün komandalar avrokuboklarda oynamaq istəyər. Xal fərqləri də azdır. Bu il çempionat
daha maraqlı gedir. Qarşıda doqquz oyun var. Mövsümün sonunda harada olacağımızı görəcəyik. Mən də komandamın avrokuboklara vəsiqə qazanmasını istərdim".


Şahin Cəfərov
phrase_var_article.chosen
23
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close