AZ

Paşinyan: "Ermənistan "mühacir Qarabağ hökumətini" tanımır"

Image

Ermənistan heç bir "mühacir Qarabağ hökumətini" tanımır. Trend erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O, bu cür açıqlamaların milli təhlükəsizlik üçün təhdid olduğunu qeyd edib.

Paşinyan bildirib ki, Ermənistan ərazisində özündən başqa bir hökumət ola bilməz.

"Çox açıq şəkildə bildirmək istəyirəm ki, Ermənistanda hökumət var və bu zalda əyləşib", - o deyib.

Qeyd edək ki, bu yaxında Qarabağ separatçılarının "başçı"sı Samvel Şahramanyan Fransanın "Le Figaro" qəzetinə müsahibəsində İrəvanda "mühacir Qarabağ hökuməti"nin mövcud olduğunu deyib.





Seçilən
46
1
Mənbələr
Şərh ()
Bağla