AZ

Lənkəranda zəncirvari qəza: ata və oğul öldü -FOTO

Lənkəranda ağır yol nəqliyyat hadisəsi baş verib.

 

Senzor.az bildirir ki, hadisə səhər saatlarında Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində qeydə alınıb. 

 

"VAZ-2109", "CHEVROLET CRUZ" və "Mercedes" markalı nəqliyyat vasitələri toqquşub. Qəza nəticəsində "VAZ-2109"da olan sürücü və sərnişin hadisə yerində ölüb. Onların ata və oğul olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

phrase_var_article.chosen
52
4
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close