AZ

Borc üstündə silahlı insident zamanı 14 nəfər yaralanıb

Türkiyənin Antalya şəhərində kafedə silahlı insident olub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Antalyanın Kəpəz rayonunda yerləşən kafenin keçmiş və yeni sahibi arasında borca görə yaranan mübahisə qısa müddətdə silahlı insidentə çevrilib.

Nəticədə 14 nəfər yaralanıb.

Hadisə yerinə çoxlu sayda polis və təcili yardım göndərilib. Yaralılar ətraf xəstəxanalara çatdırılıb.

Polis əməkdaşları 18 nəfəri saxlayıb.

2 tapança, 1 tüfəng və 1 bıçaq polis tərəfindən müsadirə edilib.

Şəbnəm Mehdizadə

Seçilən
18
50
Mənbələr
Şərh ()
Bağla