AZ

"Azneft"in direktoru işdən çıxarıldı - YENİ TƏYİNAT

SOCAR-ın “Azneft” İstehsalat Birliyində kadr dəyişikliyi olub.

Bu barədə SOCAR-ın mətbuat mərkəzindən bildiriblər.

Belə ki, Şahmar Hüseynov birliyin baş direktoru vəzifəsindən azad edilib və SOCAR prezidentinin müşaviri təyin olunub.

Qeyd edək ki, Şahmar Hüseynov 2019-cu ilin dekabr ayından “Azneft” İB-nin rəhbəri vəzifəsində çalışıb.

“Azneft” İB-nin yeni baş direktoru isə “Ümid Babək Əməliyyat Şirkəti”nin Azərbaycandakı filialının direktoru Əli Qurban oğlu Qurbanov təyin edilib.

Əli Qurbanov 1991-1998-ci illərdə SOCAR-da müxtəlif vəzifələrdə çalışıb. 1998-ci ildə o bp-də çalışıb, 2011-ci ildə yenidən SOCAR-a qayıdıb(trend).

Seçilən
43
4
Mənbələr
Şərh ()
Bağla