AZ

MGH-də istehsalat təcrübəsi keçən tələbələri üçün təlim keçirilib - FOTO

27 mart 2024-cü il tarixində Mərkəzi Gömrük Hospitalında istehsalat təcrübəsi keçən 1 nömrəli Bakı Tibb Kolleci və 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri üçün “İlan, əqrəb, hörümçək və həşərat sancmaları, eləcə də müxtəlif zəhərlənmələr barədə nələri bilməliyik?” mövzusunda növbəti maarifləndirici təlim həyata keçirilib. SİA xəbər verir ki, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi tərəfindən hazırlanmış Təlim Fəaliyyət Planına uyğun olaraq təşkil edilmiş təlimdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev ilan, əqrəb, hörümçək, həşərat və digər sancmaları, o cümlədən müxtəlif zəhərlənmələrlə bağlı bağlı real təcrübəyə, ən müasir tibbi yeniliklərə və sübutlu təbabətə əsaslanmış məruzə ilə çıxış edib. O, təqdimatı zamanı mövzu ilə əlaqəli statistik rəqəmləri sadalayıb, kritik klinik hallar barədə nümunələr təqdim edib və tələbələri maraqlandıran sualları cavablandırıb.

Təlim xatirə şəklinin şəkilməsi ilə yekunlaşıb.

Seçilən
17
2
Mənbələr
Şərh ()
Bağla