AZ

"Düşüncələrimizi idarə edə bilirikmi?" - PSİXOLOQ İZAH ETDİ

"Düşüncə xarakterə çevrilir, xarakter isə həyat tərzinə çevrilə bilir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib.

O bildirib ki, bundan özümüzü necə qorunmalıyıq, düzgün düşüncələrimizi necə idarə etməli, düzgün düşüncəyə necə gəlməliyiksə, bunları bilmək lazımdır: "Hər bir insanın öz filtri, düşüncə süzgəci var. İnsanın bu süzgəcdən həyata baxışı, düşüncəsi nədirsə, aldığı məlumatları o filtrdən keçirir. Əgər həyata baxışında hansısa səhvləri, hər hansı çatışmazlığı görürsə, aldığı məlumatlarla getdikcə həyata baxışını dəyişə bilir.

Düşüncəmiz bizi idarə edir. Amma biz düşüncəmizi idarə edə bilirikmi? Bu çox önəmlidir. İnsan iradəsindən asılı olaraq düşüncəsini, həyata baxışını idarə edə bilər. Bunu necə idarə etmək olar? Biz özümüzdə nəyin düz, nəyin səhv olduğunu anlamalıyıq. Bunu qəbul etməliyik. Bu da yaş artdıqca təcrübə nəticəsində, çox mütaliə ilə, bəzi travmaların yox olmağı ilə, özünə barışıqla, təhtəlşüura daxil olub əslində bloklarının nə olduğunu bilməklə mümkündür. Bunu insanın tək edə bilməsi onun iradəsindən asılıdır. Elə insan var deyir: "Mən nə qədər pul qazanıramsa, maddi təminatımı qura bilmirəm". Deməli, şüuraltında bloklar var. O blokları aydınlaşdırmaq, onların nə olduğunu bilmək lazımdır. İnsan var ki, pulunun olmasından belə qorxur. Bunlar hamısı şüuraltı oyunlardır. Bunu heç kim dilə gətirmir. Çünki şüuraltı dillə deyiləsi deyil".

"Bəzən insanlar deyirlər ki, "Niyə mənim qarşıma eyni tipdə insanlar çıxır. Niyə xoşbəxt ola bilmirəm. Hər kəs mənimlə niyə eyni rəftar edir?" Bunun da təhtəlşüurda cavabları var. O bloklar bioloji, genetik, tam biotik ola bilir. Təhtəlşüurun bizə təsir edən 4 qatı var. Bunların hamısında blok varsa, onu müəyyənləşdirmək lazımdır. Sonra o blokdan çıxmaq lazımdır. Amma ümumi götürəndə biz öz çatışmamazlığımızla yetkinləşmək, çox mütaliə etməklə, mübarizə apara bilərik. Səhvlər təkrar o zaman yaşanır ki, biz o səhvlərdən dərs ala bilmirik. Deməli, problem səndədir, sən edə bilmirsən. Sən onu düzəltdiyin zaman ətraf da sənə qarşı düzələcək. Bu, çox geniş mövzudur. İnsanın təhtəlşüurunu təkbaşına dəyişməsi çox nadir hallarda olur. Təhtəlşüurla işləyə bilən insanlar daha yetkin, rahatdır. Onlar "mən" eqoizminə sığınmırlar" - deyə o əlavə edib.

Müəllif: Söylü Ağazadə
phrase_var_article.chosen
112
50
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close