AZ

BMT: “Qəzza zolağında xəstəxanaların üçdəikisi fəaliyyət göstərmir”

Qəzza zolağında xəstəxanaların üçdəikisi işləmir.

Bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin hesabatında deyilib.

Sənəddə qeyd edilib ki, Qəzzanın səhiyyə sistemi davam edən döyüşlər və giriş məhdudiyyətləri səbəbindən dağılır, bu da sıradan çıxan xəstəxanaların sayının artmasına səbəb olur.

“Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi məlumata görə, Qəzzada 36 xəstəxanadan 24-ü fəaliyyət göstərmir. İkisi Qəzzanın şimalında minimal səviyyədə, daha 10-u qismən fəaliyyət göstərir”, - deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, Fələstinin radikal HƏMAS hərəkatının yaraqlılarının 2023-cü il oktyabrın 7-də Qəzza zolağından İsrail ərazisinə soxulmasından və girovların götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. İsrail Qəzzanı tam mühasirəyə aldığını elan edərək, anklav, həmçinin Livan və Suriyanın müəyyən bölgələrinə qarşı cavab tədbirləri görməyə başlayıb. İordan çayının qərb sahilində də toqquşmalar baş verir.

phrase_var_article.chosen
24
2
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close