AZ

Naxçıvanda avtomobil yolunda uçqun olub - FOTO/VİDEO

Naxçıvan Muxtar Respublikasında Cəhri-Buzqov avtomobil yolunda qaya uçqunu baş verib.

Bununla bağlı “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxs məlumat yayıb.

Bildirilib ki, hadisə Cəhri-Buzqov avtomobil yolunun 18-20-ci kilometrlik hissəsində qeydə alınıb. Qaya parçaları yolun hərəkət hissəsinə düşüb və avtomobillərin hərəkətini məhdudlaşdırıb.

Sözügedən yolda yaranmış problemlə bağlı dərhal əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikası və canlı qüvvəsi cəlb edilib.

Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində həmin yolda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi qısa zamanda təmin olunub.

phrase_var_article.chosen
72
10
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close