AZ

Təminatsız əməliyyatlar üzrə orta faiz - AÇIQLANDI

Mart ayının ötən dövründə 1 günlük təminatsız əməliyyatlar üzrə orta faiz (1D AZIR) 6.52% (fevralda 6.29%) olmaqla faiz dəhlizinin daxilində formalaşıb.

Təcili: Mərkəzi Bank uçot faiz qərarını - AÇIQLADI

FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, pul siyasəti alətləri avtonom amillərin monetar şəraitə təsirlərinin neytrallaşdırılmasına xidmət edir.

"Açıq bazar əməliyyatları və daimi imkan alətlərindən aktiv istifadə pul bazarında milli valyutada banklar arasında həm təminatsız, həm də təminatlı bağlanan əqdlərin orta çəkili faiz dərəcələrinin Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkətini təmin edib. Mart ayının ötən dövründə 1 günlük təminatsız əməliyyatlar üzrə orta faiz (1D AZIR) 6.52% (fevralda 6.29%) olmaqla faiz dəhlizinin daxilində formalaşıb. Pul bazarındakı faizlərin digər faizlərə, o cümlədən depozit və kredit faizlərinə təsirinin gücləndirilməsi istiqamətində islahatlar davam etdirilir", - Mərkəzi Bankın məlumatında deyilir.

Qeyd edək ki, martın 28-də Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsinin 7.75%-dən 7.5%-ə, faiz dəhlizinin yuxarı həddinin 8.75%-dən 8.5%-ə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 6.25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edib.

Xatırladaq ki, Mərkəzi bankın faiz dəhlizinin parametrləi üzrə növbəti qərarı mayın 1-də açıqlanacaq.

Seçilən
16
2
Mənbələr
Şərh ()
Bağla