AZ

Tyaqo Pinto “Roma”nın uğurlu və uğursuz transferlərini açıqladı

Fevralda vəzifəsini tərk etmiş, “Roma”nın sabiq idman direktoru Tyaqo Pinto argentinalı hücumçu Paulo Dibala haqda fikirlərini paylaşıb.

Arena.az portuqal mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Paulo qızıl uşaqdır. Böyük oyunçu və əla insandır. Gizlətmirəm ki, Paulo ilə tanış olmamışdan əvvəl ona bir oyunçu kimi heyran olmuşam, amma bir insan olaraq daha çox heyranam. O, təsirli oğlandır və düşünürəm ki, Romada çox xoşbəxtdir. Şəhər və azarkeşlər onu xoşbəxt ediblər”.

“Roma”nın sabiq idman direktoru bu klubda çalışdığı dövrdə uğrusuz hesab etdiyi transferlər haqda da söhbət açıb. Portuqal mütəxəssis bu mənada iki oyunçunun adını çəkib:

“Məncə, yaxşı işə yaramayan transferlər oldu: Eldor Şomurodov, Renato Sançes. Yaxşı alışlar da oldu, yaxşı olanlar az oldu və həmçinin müəyyən vaxtda təsirli olan transferlər oldu”, deyə Tyaqo Pinto bildirib.

Xatırladaq ki, Paulo Dibala 2022-ci ilin iyul ayında “Yuventus”dan “Roma”ya gəlib. Argentinadan olan 30 yaşlı hücumçu paytaxt klubunda 66 oyun keçirib, 32 qol vurub və 15 məhsuldar ötürmə müəllifi olub.

Eldor Şomurodov “Roma”ya 2021-ci ilin avqust ayında 18 milyon avro qarşılığına “Cenoa”dan gəlib. Özbəkistandan olan 28 yaşlı forvard “canavarlar”ın heyətində 48 oyun keçirib, 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Ötən mövsümü “Spetsiya”da icarədə keçirmiş futbolçu bu mövsüm də “Kalyari”də icarədədir.

Müqavilə ilə PSJ-yə məxsus olan Renato Sançes isə “Roma”da icarə əsasında çıxış edir. Portuqaliyadan olan 26 yaşlı yarımmüdafiəçi paytaxt klubunda 10 oyuna cəmi 1 qolla yadda qalıb.

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla